Nəzarətə alınan polkovnik 70 kq qızıl cəzası oxundu
Bakı Hərbi Məhkəməsində İstanbul hava limanında 70 kiloqram qızılla saxlanılan 41 yaşlı polkovnik-leytenant Qəhrəman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) başlatdığı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb Bu gün keçirilən iclasda Qəhrəman Məmmədovun 6 il müddətinə azadlı

Bakı Hərbi Məhkəməsində İstanbul hava limanında 70 kiloqram qızılla saxlanılan 41 yaşlı polkovnik-leytenant Qəhrəman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) başlatdığı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb Bu gün keçirilən iclasda Qəhrəman Məmmədovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarı oxunub Qeyd edək ki, Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində çalışıb. İstanbul hava limanında saxlanılarkən onun çantasından ümumi dəyəri 0,08 manat olan 70 kiloqram qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində müxtəlif ölkələr arasında qaçaqmalçılıq yolu ilə qızılın keçirildiyi müəyyən edilib. Məmmədov Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3-cü (qaçaqmalçılıq yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə ölkə hüdudlarından kənara çıxarma) və 12.1-1, 341.1-ci (vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda sui-istifadə etmə) maddələri ilə ittiham olunub. Cinayət Məcəlləsi


