Batken narkotik qrup lideri
Batken narkotik dəstəsinin lideri, Qırğızıstan vətəndaşı “T.D.S.” saxlanılıb, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb Saxlanılan şəxs 2015-ci ildən gizlənib və Əfqanıstan-Tacikistan-Qırğızıstan marşrutu üzrə və daha sonra MDB ölkələrinə narkotik vasitələrin qaçaqmalçılığı v

Batken narkotik dəstəsinin lideri, Qırğızıstan vətəndaşı “T.D.S.” saxlanılıb, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb Saxlanılan şəxs 2015-ci ildən gizlənib və Əfqanıstan-Tacikistan-Qırğızıstan marşrutu üzrə və daha sonra MDB ölkələrinə narkotik vasitələrin qaçaqmalçılığı və satışı üçün davamlı kanal təşkil etdiyinə görə axtarışda olub Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı axtarışda olan şəxsin yeri müəyyən edilib, sonra o, tutularaq Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına aparılıb Hazırda cinayət sxeminin digər iştirakçılarının müəyyən edilərək sənədləşdirilməsi, habelə cinayətdə iştirak edən bütün şəxslərin Qırğızıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir


