Pakistan Daxili İşlər Nazirliyinin rəhbəri niyə İrana gəlib?
Pakistanın daxili işlər naziri Möhsin Razi Nəqvinin Tehrana səfəri danışıqlar sənədi üzrə razılığın əldə olunması məqsədi daşıyır. Bu barədə “Al Hadath” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb Onların məlumatına görə, “Amerika tərəfi danışıqlar sənədinin konkret bəndləri üzrə cavab

Pakistanın daxili işlər naziri Möhsin Razi Nəqvinin Tehrana səfəri danışıqlar sənədi üzrə razılığın əldə olunması məqsədi daşıyır. Bu barədə “Al Hadath” telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb Onların məlumatına görə, “Amerika tərəfi danışıqlar sənədinin konkret bəndləri üzrə cavab tələb edib”. Mənbələr qeyd ediblər ki, “Pakistan daxili işlər nazirinin İrana səfəri konkret razılıq əldə etmək məqsədi daşıyır”. Onların fikrincə, “nüvə də daxil olmaqla, həll edilməmiş məsələlər üzrə danışıqlar üçün qapı açıqdır” Bundan əvvəl İranın Tasnim agentliyi İranın daxili işlər naziri Eskəndər Momeni ilə pakistanlı həmkarı ilə görüş keçirdiyini və orada İranla münaqişənin həlli üçün ABŞ-la danışıqların bərpası perspektivlərinin müzakirə edildiyini bildirib. Agentliyin məlumatına görə, Pakistan Daxili İşlər Nazirliyinin rəhbəri iki günlük rəsmi səfərlə Tehrana gəlib


