Ermənilər kimə səs verməyə hazırdırlar?
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı sosioloji sorğular arasında liderlik edir. Bu barədə Ermənistan KİV-i Gallup Beynəlxalq Assosiasiyasına (GIA) istinadən xəbər verir Qurumun 1001 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı sosioloji sorğular arasında liderlik edir. Bu barədə Ermənistan KİV-i Gallup Beynəlxalq Assosiasiyasına (GIA) istinadən xəbər verir Qurumun 1001 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 24,3%-i Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi partiyasına parlament seçkilərində səs verməyə hazırdır. Erməni KİV-lərinin məlumatına görə, bu nəticə müsbət artımı göstərir Rəhbəri rusiyalı biznesmen Samvel Karapetyan olan “Güclü Ermənistan” partiyasına respondentlərin 13,4%-i səs verməyə hazırdır. İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası respondentlərin 7,9%-ni, respondentlərin isə yalnız 5,5%-i eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu seçməyə hazırdır Ümumilikdə respondentlərin yarıdan bir qədər çoxu - 51,9%-i qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək


