Jurgis Adomavicius logistika sahəsində süni intellektin inkişafına mane olduğunu bildirib
Logistikada süni intellektin inkişafına zəif məlumat mübadiləsi mane olur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurqis Adomaviçius deyib Onun sözl

Logistikada süni intellektin inkişafına zəif məlumat mübadiləsi mane olur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda Nəqliyyat İnnovasiyaları Assosiasiyasının İdarə Heyətinin sədri Yurqis Adomaviçius deyib Onun sözlərinə görə, süni intellekt insan amili olmadan səmərəli işləyə bilməz və texnologiyadan düzgün istifadə üçün ilk növbədə insan resurslarının hazırlanması vacibdir J.Adomavicius qeyd edib ki, müasir dövrdə süni intellekt anlayışı tez-tez robototexnika ilə qarışdırılır və bu səbəbdən konkret sahədə hansı alətdən istifadənin məqsədəuyğun olduğunu dəqiq müəyyən etmək son dərəcə vacibdir O, beynəlxalq logistika sahəsində əsas problemlərdən birinin məlumatların keyfiyyəti və informasiya mübadiləsi mexanizmlərinin qeyri-kafi səviyyədə olması olduğunu vurğulayıb "Süni intellekt yalnız yüksək keyfiyyətli məlumat bazası olduqda səmərəli işləyə bilər. Bu məlumatlar hökumətlərdən, gömrük orqanlarından və tranzit ölkələrin sistemlərindən gəlməlidir. Lakin bir çox hallarda gömrük məlumatları yanlışdır və sadəcə olaraq ölkələr arasında məlumat mübadiləsi üçün protokollar yoxdur", - o vurğulayıb J.Adomaviciusun sözlərinə görə, onun rəhbərlik etdiyi gömrük broker şirkəti ayda 40 minə yaxın sifariş emal edir və onlardan minlərləsi cümə günləri axşam saatlarında gəlir. Hazırda əsas məqsəd Transxəzər marşrutu ilə yük maşınlarının hərəkət imkanlarını tez bir zamanda müəyyən etməkdir O qeyd edib ki, şirkət əvvəllər logistik proseslərin avtomatlaşdırılmasına yüz minlərlə avro sərmayə qoyub, lakin keyfiyyətsiz məlumatlar səbəbindən istənilən nəticəni əldə etmək mümkün olmayıb "Biz iki ildir ki, verilənlər bazamızı süni intellekt üçün uyğunlaşdırmaq üçün işləyirik. Hazırda süni intellekt marşrutların uyğunluğunu qiymətləndirərək nəqliyyat sənədlərini, CMR-ləri, sertifikatları və digər məlumatları təhlil edə bilir", - o əlavə edib J.Adomavicius hesab edir ki, informasiya mübadiləsi sistemləri və düzgün məlumat bazası olmadan süni intellekt logistika sektorunda gözlənilən effekti verə bilməyəcək Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


