Çin Tayvan yaxınlığında xüsusi əməliyyatın başladığını açıqlayıb
Çin Tayvanın şərqindəki dəniz bölgəsində xüsusi dəniz hüquq-mühafizə əməliyyatına başlayıb. Pekin bu addımı Yaponiya və Filippinin Çinin iddia etdiyi ərazidə dəniz sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başlamaq qərarına cavab kimi şərh edib Sinxua agentliyinin məlumatına görə, əməliyy

Çin Tayvanın şərqindəki dəniz bölgəsində xüsusi dəniz hüquq-mühafizə əməliyyatına başlayıb. Pekin bu addımı Yaponiya və Filippinin Çinin iddia etdiyi ərazidə dəniz sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başlamaq qərarına cavab kimi şərh edib Sinxua agentliyinin məlumatına görə, əməliyyatda Futszyan və Quanqdonq əyalətlərinin dəniz administrasiyası, Şərqi Naviqasiyaya Dəstək Mərkəzi və Şərq Xilasetmə Departamenti iştirak edir Çin tərəfinin bildirdiyinə görə, əməliyyat ÇXR-in dəniz inzibati yurisdiksiyasını həyata keçirmək, ucqar ərazilərdə patrul xidməti gücləndirmək, gəmilərə nəzarət imkanlarını artırmaq və dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır Çinin “Global Times” qəzeti bildirib ki, əməliyyatın başlanmasına Filippin prezidentinin Tokioya son səfəri zamanı Yaponiya və Filippinin birgə bəyanatı səbəb olub. Tərəflər Tayvanın şərqindəki sularda eksklüziv iqtisadi zonaların və kontinental şelflərin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlara başlayacaqlarını açıqlayıblar Çin bu cür hərəkətləri birtərəfli qərar kimi qiymətləndirir və hesab edir ki, bu, ölkənin hüquqlarına ziddir Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bəyan edib ki, Çinin iştirakı olmadan belə danışıqlar aparılmamalıdır Çin qanunlarına və beynəlxalq hüquqa, o cümlədən BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, Çin bu sahədə müstəsna iqtisadi zona və kontinental şelf hüquqlarına malikdir. Tayvanın şərqindəki dəniz məkanının müəyyən edilməsi məsələsi Çinin iştirakı ilə həyata keçirilməlidir, Mao Ning deyib O, həmçinin bildirib ki, Yaponiya və Filippinin danışıqlara başlamaq üçün Çindən yan keçmək cəhdi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Çinin dəniz maraqlarına xələl gətirir


