Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək VİDEO
İyunun 12-14-də paytaxtın bir neçə məkanında və “Sea Breeze” kurort kompleksində keçiriləcək 3-cü Beynəlxalq Yoqa Festivalı olan “Nine Senses Fest-2026” ərəfəsində qarşıdakı tədbirin proqramı və konsepsiyası ilə bağlı mətbuat konfransı təşkil olunub AZƏRTAC xəbər verir ki, “Nine Senses” mərkəzinin

İyunun 12-14-də paytaxtın bir neçə məkanında və “Sea Breeze” kurort kompleksində keçiriləcək 3-cü Beynəlxalq Yoqa Festivalı olan “Nine Senses Fest-2026” ərəfəsində qarşıdakı tədbirin proqramı və konsepsiyası ilə bağlı mətbuat konfransı təşkil olunub AZƏRTAC xəbər verir ki, “Nine Senses” mərkəzinin akademik direktoru Natalya Jukova festivala hazırlıq işlərinin son mərhələyə qədəm qoyduğunu və intensiv templə davam etdiyini diqqətə çatdırıb “Nine Senses Fest-2026” festivalı “Köklərdən böyüməyə” mövzusunda keçiriləcək. Bu mövzu gələcək inkişaf, fərdi böyümə və irəliyə doğru hərəkətin möhkəm təməli kimi xidmət edən köklərə, mədəni irsə və ənənələrə hörmət ideyasını əks etdirir N. Jukova deyib: “Bu ideya bizə köklərimiz, xatirələrimiz, ailə tariximiz və adət-ənənələrimizlə əlaqəni qorumağın vacibliyini xatırladır. Bunlar daxili güc, dözümlülük və ilham mənbələridir. İnsan məhz bu təcrübələr üzərində düşünmək və yaşamaqla böyüyür, inkişaf edir və sonra toplanmış biliklərini, hisslərini və dəyərlərini ətrafındakı dünya ilə bölüşür” O qeyd edib ki, festivalın əsas konsepsiyası bədən, ağıl və ruhun vəhdəti vasitəsilə fərdin harmonik inkişafıdır. Bu fəlsəfə bütün proqram sahələrini birləşdirir Direktorun sözlərinə görə, bu il festival tematik əhatə dairəsini xeyli genişləndirib. Ənənəvi təcrübələr, mühazirələr və sağlamlıq proqramları ilə yanaşı, müasir incəsənətə, yaradıcı özünüifadəyə və yaradıcılıq potensialının inkişafına həsr olunmuş genişmiqyaslı art-blok da xüsusi yerə malik olacaq “Bu il festival məzmun baxımından əhatə dairəsini xeyli genişləndirib. Müasir incəsənət və yaradıcılıqda müxtəlif tendensiyaları bir araya gətirəcək hərtərəfli bədii proqram hazırlamışıq", - deyə o vurğulayıb Festival tədbirləri altı məkanda keçiriləcək. Proqramın bir hissəsi “Nine Senses” mərkəzində, əsas tədbirlər isə “Nine Senses Art Centеr”də baş tutacaq. Qonaqlar üçün tematik zonalar, ustad dərsləri, mühazirələr, seminarlar və dəvət olunmuş mütəxəssislərlə görüşlər təşkil ediləcək Təşkilatçılar uşaq proqramına xüsusi diqqət yetiriblər. Proqrama gənc iştirakçılar üçün ixtisaslaşmış təhsil və yaradıcı fəaliyyətlər daxildir N. Jukova qeyd edib: “Bu il uşaqlara həsr olunmuş ayrıca proqram hazırlayırıq. “Uşaqlar uşaqlar üçün” proqramının bir hissəsi olaraq, gənc iştirakçılar yaradıcı fəaliyyətlərlə məşğul ola, təcrübə mübadiləsi apara, bədii və təhsil layihələrində iştirak edə, dəstəkləyici və ilhamverici bir mühitdə istedadlarını inkişaf etdirə biləcəklər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


