Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb
Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda baş verən kütləvi atışma nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin Klivlend qəsəbəsindəki qeyri-rəsmi yaşayış məntəqəsində qeydə alınıb. Məlumata görə, silahlı şəxslər ərazi

Cənubi Afrikanın ən böyük şəhəri olan Yohannesburqda baş verən kütləvi atışma nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, hadisə şəhərin Klivlend qəsəbəsindəki qeyri-rəsmi yaşayış məntəqəsində qeydə alınıb. Məlumata görə, silahlı şəxslər əraziyə daxil olaraq sakinlərə atəş açıb və daha sonra hadisə yerindən qaçıblar Cənubi Afrika polisi bildirib ki, hücumda iştirak etdiyi ehtimal olunan şəxslərin axtarışı davam etdirilir. Yaralılara hadisə yerində tibbi yardım göstərilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


