Yаnğın söndürüldü, insаnlаr xilаs edildi - Şərurda təlim VİDEO
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsi “İstehsalat müəssisəsində yаnğınlаrın söndürülməsi, zərərçəkən insаnlаrın аxtаrışı və xilаs edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib Nazirliyin m

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsi “İstehsalat müəssisəsində yаnğınlаrın söndürülməsi, zərərçəkən insаnlаrın аxtаrışı və xilаs edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub Təlim zamanı baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri zərərcəkənlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər Təhlükəsizlik qaydalarına əməl olunmaqla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Güclü leysan və fırtına eyni vaxtda olacaq! Meteorologiya, əyalətdən əyalətə təqvimlər verərək xəbərdar etdi

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
