Tenqri
Ana Səhifə
Dünya

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

IV Milli Kibertəhlükəsizlik Forumunda Azərbaycanın ilk yerli kibermaarifləndirmə və fişinq simulyasiya platforması olan “Solurius” təqdim edilib Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü, “CYBERSIGN” MMC-nin direktoru Elvin Axundov məl

0 baxışazertag.az
Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama
Paylaş:

IV Milli Kibertəhlükəsizlik Forumunda Azərbaycanın ilk yerli kibermaarifləndirmə və fişinq simulyasiya platforması olan “Solurius” təqdim edilib Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü, “CYBERSIGN” MMC-nin direktoru Elvin Axundov məlumat verib “IV Milli Kibertəhlükəsizlik Forumu ölkəmizdə kibertəhlükəsizlik sahəsinin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də müasir kibertəhdidlərə qarşı daha dayanıqlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan tədbir oldu. Forum çərçivəsində kibertəhlükəsizlik sahəsində aktual çağırışlar, kritik infrastrukturun qorunması, insan faktorundan qaynaqlanan risklər, kibermaarifləndirmə, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və təşkilatların kiberdayanıqlılığının artırılması istiqamətində dəyərli fikir və təcrübələr bölüşüldü”, - deyə E.Axundov bildirib O qeyd edib ki, Forum yerli texnologiya şirkətləri və startaplar üçün öz həllərini təqdim etmək baxımından da mühüm imkan yaradıb: “CYBERSIGN” olaraq biz də tədbirdə iştirak edərək ölkəmizin ilk yerli kibermaarifləndirmə və fişinq simulyasiya platforması olan “Solurius” haqqında təqdimatla çıxış etdik. Təqdimat zamanı əməkdaşların təhlükəsizlik biliklərinin artırılması, fişinq hücumlarına qarşı hazırlıq səviyyəsinin ölçülməsi və insan faktorundan yaranan risklərin idarə olunması istiqamətində platformamızın təqdim etdiyi imkanları iştirakçılarla bölüşdük”, – deyə şirkət rəhbəri vurğulayıb E.Axundov qeyd edib ki, insan amili bu gün də kibertəhlükəsizlik sahəsində əsas risk faktorlarından biri olaraq qalır və təşkilatların bu istiqamətdə maarifləndirmə fəaliyyətlərini gücləndirməsi vacibdir “Bu kimi təşəbbüslərin kibertəhlükəsizlik ekosisteminin inkişafına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də təşkilatlarda təhlükəsizlik mədəniyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini düşünürük. Yerli texnoloji həllərin inkişafı və tətbiqi ölkənin rəqəmsal təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə AKTA üzvü əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler