Tenqri
Ana Səhifə
Dünya

Yerdən tapılan pul: Bu hal qanunla məsuliyyət yaradır

Yolda və ya hər hansı bir məkanda tapılan pulun taleyi Azərbaycan qanunvericiliyində dəqiq şəkildə tənzimlənir Publika.az Milli.Az-a istinadən bildirir ki, Mülki Məcəlləyə əsasən, belə hallarda vətəndaşların üzərinə müəyyən öhdəliklər düşür Belə ki, bir şəxs yolda və ya hər hansı bir yerdə pul tap

0 baxışpublika.az
Yerdən tapılan pul: Bu hal qanunla məsuliyyət yaradır
Paylaş:

Yolda və ya hər hansı bir məkanda tapılan pulun taleyi Azərbaycan qanunvericiliyində dəqiq şəkildə tənzimlənir Publika.az Milli.Az-a istinadən bildirir ki, Mülki Məcəlləyə əsasən, belə hallarda vətəndaşların üzərinə müəyyən öhdəliklər düşür Belə ki, bir şəxs yolda və ya hər hansı bir yerdə pul tapdıqda, ilk növbədə həmin pulun sahibini tapmağa çalışmalıdır. Əgər pulun sahibi məlumdursa, pul dərhal ona qaytarılmalıdır. Pulun kimə məxsus olduğu bilinmirsə, tapan şəxs bu barədə dərhal polisə və ya müvafiq dövlət orqanlarına məlumat verməlidir Pul tapılan yer bir idarə, mağaza və ya nəqliyyat vasitəsidirsə, o, həmin yerin rəhbərliyinə və ya sahibinə təhvil verilməlidir. Bu halda, həmin müəssisənin sahibi artıq tapılan əşyanı saxlayan şəxs hesab olunur Qanun həmçinin tapılan pula görə mükafat hüququnu da tanıyır. Pulun sahibi tapıldıqda, tapıb qaytaran şəxs sahibindən pulun dəyərinin 5 faizinə qədər məbləğdə mükafat tələb edə bilər. Bundan əlavə, pulun saxlanması və sahibinin axtarılması üçün çəkilən xərclər də sahibi tərəfindən ödənilməlidir Lakin tapan şəxs bu tapıntı barədə məlumat verməzsə və ya onu gizlətməyə çalışarsa, onun mükafat almaq hüququ itir Ən vacib məqamlardan biri də pulun mülkiyyətə keçməsi müddətidir. Əgər tapıntı barədə polisə məlumat verildiyi gündən etibarən 6 ay ərzində pulun qanuni sahibi tapılmazsa və ya o, pula sahiblik hüququnu bildirməzsə, həmin pulu tapan şəxs onun mülkiyyətçisinə çevrilir Əgər tapan şəxs pulu götürməkdən imtina edərsə, pul dövlət mülkiyyətinə keçir. Tapılan pulu bildirmədən özünə götürmək qanunla məsuliyyət yarada bilər, çünki bu, başqasının əmlakını mənimsəmə kimi qiymətləndirilə bilər Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Aprelin pensiyası bu tarixdə veriləcək Sabah 18 kənd işıqsız qalacaq İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni qərar Övladının dəfnində "TikTok"da canlı yayım açan ailə barədə daha bir qərar Bu il 15 tələbə Azercell-dən təqaüd qazanıb Bakının bu ərazilərində söküntü olacaq - Siyahı Həcc ziyarəti ilə bağlı vacib açıqlama Paşinyanın daha bir videosu olay oldu Keremcem də bu seriala çəkilir - Foto İsrail Tehrandakı SEPAH qərargahını vurdu Günün ulduz falı: Özünüzü sübut etmək üçün fürsətlər yaranacaq Bizə cəmi 4 saat vaxt lazım olacaq - Trampdan İran açıqlaması İranın 10 bəndlik sülh təklifində nələr var?

Kaynak: publika.az

Diğer Haberler