“Yeni yol, körpü və tunel istifadəyə verilməsinə baxmayaraq, tıxaclar azalmayıb” - Elməddin Muradl
“Yol tikməklə tıxac problemi həll olunmur, əgər idarəetmə sistemi dəyişmirsə, vəziyyəti dəyişmək çətin olacaq. Son illərdə paytaxtda onlarla yeni yol, körpü və tunel istifadəyə verilib. Bununla belə, tıxaclar azalmayıb” Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a deyib. Ekspert

“Yol tikməklə tıxac problemi həll olunmur, əgər idarəetmə sistemi dəyişmirsə, vəziyyəti dəyişmək çətin olacaq. Son illərdə paytaxtda onlarla yeni yol, körpü və tunel istifadəyə verilib. Bununla belə, tıxaclar azalmayıb” Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, alternativ yolun çəkilməsi avtomatik olaraq sürücülərin davranışını dəyişmir. İnsanlar ən qısa və tanış marşrutdan istifadə etməyə davam edir. Əgər yeni yol logistika baxımından daha cəlbedici olmayacaqsa, o, sadəcə, “ehtiyat variant” kimi qalacaq: «İctimai nəqliyyat sistemi hələ də sürücülər üçün real alternativ deyil. Metro xətlərinin məhdudluğu, avtobusların gecikməsi və bəzən qeyri-effektiv marşrut şəbəkəsi insanları şəxsi avtomobildən imtina etməyə təşviq etmir”


