Tenqri
Ana Səhifə
Dünya

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlanıb BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyy

0 baxışazertag.az
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
Paylaş:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlanıb BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq Qeyd edək ki, yeni təmayül tədris modeli Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler