Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır
Yeni Dövlət Proqramında xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzər

Yeni Dövlət Proqramında xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır. Birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib Onun sözlərinə görə, buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir “Növbəti əsas istiqamət müasir suvarma sistemlərinin genişləndirilməsidir. Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir. Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək”, - deyə o əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
