Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub
Rusiyanın Yekaterinburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində azərbaycanlı gənclər arasında intellektual yarış keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının dəstəyi ilə keçirilən

Rusiyanın Yekaterinburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində azərbaycanlı gənclər arasında intellektual yarış keçirilib AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının dəstəyi ilə keçirilən viktorina Yekaterinburq Kitabxana Mərkəzində təşkil edilib Tədbiri giriş sözü ilə açan baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının nümayəndəsi Toğrul Həsənzadə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan intellektual yarışın əhəmiyyətindən danışıblar. Onlar gənclərin cəmiyyətdə fəal iştirakının, bilik və intellektual potensialının inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq komandalara uğurlar arzulayıblar Üç mərhələdən ibarət viktorinanın yekun nəticələrinə əsasən, “10-da 10” komandası birinci, “Ocaq” ikinci, “Kaspiski” isə üçüncü yerə layiq görülüb Qalib komandalara baş konsulluq tərəfindən mükafat və diplomlar təqdim edilib. Digər iştirakçılar isə yarışda fəal iştiraklarına görə təşəkkürnamələrlə təltif olunublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


