Tenqri
Ana Səhifə
Dünya

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

Yaxın Şərqdəki münaqişə qlobal xam neft tədarükündə təxminən 1 milyard barel itkiyə səbəb olub AZƏRTAC xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Rystad Energy” müstəqil tədqiqat şirkətinin məlumatında deyilir Bildirilir ki, ilin sonuna kimi kumulyativ təchizat itkisi, hətta, optimist ssenaridə

0 baxışazertag.az
Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub
Paylaş:

Yaxın Şərqdəki münaqişə qlobal xam neft tədarükündə təxminən 1 milyard barel itkiyə səbəb olub AZƏRTAC xəbər verir ki, bu barədə Norveçdə yerləşən “Rystad Energy” müstəqil tədqiqat şirkətinin məlumatında deyilir Bildirilir ki, ilin sonuna kimi kumulyativ təchizat itkisi, hətta, optimist ssenaridə belə 2 milyard barelə çatacağı gözlənilir “Fevralın 28-də münaqişə başlayandan bəri qlobal neft tədarükündə əhəmiyyətli fasilələr yaranıb. Bu dövrdə xam neft tədarükündəki 1 milyard barel ümumi itki ABŞ-nin strateji neft ehtiyatlarından təxminən 2,5 dəfə çoxdur. Münaqişədən əvvəl Körfəzdəki 6 ölkənin ümumi neft tədarükü gündəlik 24,2 milyon barel olub, hazırda isə istehsal 12,4 milyon barelə düşüb. Səudiyyə Ərəbistanında gündəlik təxminən 3,8 milyon barel tədarükə təsir ümumi fasilələrin təxminən 32 faizini təşkil edir. Buna baxmayaraq, yüksək neft qiymətləri və Şərq-Qərb Xam Neft Boru Kəməri vasitəsilə Yanbu Limanına daşımalar ölkənin ixrac gəlirlərinin mart ayında 24,6 milyard dollara çatmasına səbəb olub ki, bu da 2022-ci ildən bəri ən yüksək səviyyədir. İraqda isə cənub yataqlarının Hörmüz boğazı vasitəsilə dəniz yolu ilə ixracdan asılılığı səbəbindən gündəlik təxminən 2,8 milyon barel tədarükə təsir edib. Ölkənin ixrac gəlirləri fevral ayında 6,8 milyard dollar olub, apreldə isə 1 milyard dollaradək geriləyib. Küveytin gündəlik tədarük itkisi təxminən 2 milyon bareldir”, - deyə məlumatda qeyd olunur Vurğulanır ki, Hörmüz boğazında gəmi trafiki aşağı səviyyədə qalıb. Fevralın 27-də təxminən 120 gəmi olan gündəlik tranzit trafiki mart ayında 5-10 gəmiyə düşüb və aprel-may aylarında münaqişədən isə əvvəlki səviyyələrdən 20 faiz aşağı qalıb. Səudiyyə Ərəbistanındakı Yanbu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanları alternativ çıxış yolları kimi ortaya çıxıb, lakin onlar Hörmüz boğazını tam əvəz edə bilməyib “Rystad Energy” istehsal və ticarət axınlarında bərpanın qəfil artım əvəzinə tədricən “S əyrisi” prosesini izləyəcəyini proqnozlaşdırıb. Bildirilir ki, tankerlərin yenidən yerləşdirilməsi prosesin ilk maneəsini təşkil edəcək və Hörmüz boğazı yenidən açılsa belə, normal istehsal və logistika axınlarına qayıtma prosesi 2-3 həftə gecikəcək. İtirilmiş həcmlərin təxminən 85 faizinin oktyabr ayına qədər bərpa olunacağı gözlənilir. Lakin İraq və Küveytdəki istehsal sahələrindəki məhdudiyyətlər səbəbindən tam normallaşma 2027-ci ilin yanvar ayına qədər davam edə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler