Tenqri
Ana Səhifə
Dünya

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

Yaxın Şərqdə 100 gündən artıq müddətdir davam edən münaqişə səbəbindən Avropa İttifaqına (Aİ) üzv ölkələr enerji məhsullarının idxalına əlavə 47 milyard avro xərcləyib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Eva Hrncirova deyib “Son 100 gündə qazıntı yan

0 baxışazertag.az
Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb
Paylaş:

Yaxın Şərqdə 100 gündən artıq müddətdir davam edən münaqişə səbəbindən Avropa İttifaqına (Aİ) üzv ölkələr enerji məhsullarının idxalına əlavə 47 milyard avro xərcləyib AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Eva Hrncirova deyib “Son 100 gündə qazıntı yanacaq idxal xərclərimiz 47 milyard avrodan çox artıb. İdxal edilən enerji həcminin eyni qalmasına baxmayaraq yüksək qiymət ödənilib. Yaxın Şərqdəki hadisələrə baxmayaraq, Aİ-nin enerji təchizatında heç bir fasilə yaşanmayıb və təchizat təhlükəsizliyi təmin edilib. Aİ-də enerji təchizatı şaxələndirilib, bərpaolunan enerji mənbələrin payı və səmərəlilik artıb. Əlbəttə ki, qiymət şoku yaşayırıq. Bu da nəticədir”, - deyə o əlavə edib Eva Hrncirova enerji təchizatını daim izlədiklərini, üzv dövlətlər və müvafiq bölmələr arasında koordinasiyanı artırdıqlarını və lazım gələrsə, əlavə tədbirlər görməyə hazır olduqlarını bildirib. O, Hörmüz boğazı ətrafında böhranın davam edəcəyi təqdirdə qarşıdakı həftə və aylarda bəzi çətinliklərlə üzləşə biləcəklərini qeyd edib, lazımi tədbirlərin görüldüyünü və koordinasiyanı davam etdirdiklərini vurğulayıb: “Aİ-nin neft və qaz koordinasiya qrupları vəziyyəti və bazarın reaksiyasını qiymətləndirmək üçün tezliklə görüşəcəklər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler