Tenqri
Ana Səhifə
Dünya

Yaxın Şərqə İrana görə silahlanır - 26 milyard ayrıldı

Marko Rubio ABŞın Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 25,8 milyard dollar dəyərində silah satışını təcili prosedurla təsdiqləyib Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb Məlumata görə, silah tədarükü Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərd

0 baxışmodern.az
Yaxın Şərqə İrana görə silahlanır - 26 milyard ayrıldı
Paylaş:

Marko Rubio ABŞın Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 25,8 milyard dollar dəyərində silah satışını təcili prosedurla təsdiqləyib Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb Məlumata görə, silah tədarükü Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərdə tutulub Paketə əsasən, əsasən ballistik raketlər və pilotsuz uçuş aparatlarından müdafiə üçün istifadə olunan yüzlərlə “Patriot PAC-3 MSE” və “GEM-T” zenit-raket interceptorlarının satışı planlaşdırılır Bununla belə, məlumatda qeyd olunur ki, satışın sürətləndirilmiş qaydada təsdiqlənməsi silahların qısa müddətdə çatdırılacağı anlamına gəlmir. ABŞ-də bu tip raketlərin istehsal imkanlarının məhdud olduğu, həmçinin gələcək partiyaların böyük hissəsinin artıq əvvəlcədən sifariş edildiyi bildirilir Qeyd edək ki, bundan əvvəl Vaşinqton 8,6 milyard dollarlıq sürətləndirilmiş silah satışını təsdiqləmişdi. Yeni rəqəmlə əvvəlki göstərici arasındakı fərqin isə texniki-hüquqi prosedurlardan qaynaqlandığı vurğulanır. ABŞ administrasiyası bu müqavilələri yeni satış kimi deyil, daha əvvəl təsdiqlənmiş razılaşmalara dəyişiklik kimi qiymətləndirir

Kaynak: modern.az

Diğer Haberler