Tenqri
Ana Səhifə
Dünya

Yasamalda qalmaqal yaradan söküntü xəbəri təkzib edildi

Yasamal rayonunda mənzilin sahibinin xəbəri olmadan söküldüyü ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirilib. Rayon İcra Hakimiyyəti yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb Yasamal Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki,, sosial şəbəkələrdə Bakı şəhəri, Yasam

0 baxışmodern.az
Yasamalda qalmaqal yaradan söküntü xəbəri təkzib edildi
Paylaş:

Yasamal rayonunda mənzilin sahibinin xəbəri olmadan söküldüyü ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirilib. Rayon İcra Hakimiyyəti yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb Yasamal Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki,, sosial şəbəkələrdə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən sahibinin xəbəri olmadan sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır Qurum bildirib ki, həmin ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə mənfi təsir göstərən binaların söküntüsü həyata keçirilir Məlumatda qeyd olunub ki, söküntü prosesi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır İcra Hakimiyyətinin açıqlamasına əsasən, sözügedən mənzilin sahibi N.Nəbiyev cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalayıb və bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşıb “Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir”, - məlumatda vurğulanıb Qurum əlavə edib ki, ərazidə aparılan söküntü işləri aidiyyəti qurumların iştirakı və tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir Sonda media nümayəndələrinə yalnız rəsmi mənbələrə istinad etmək və təsdiqlənməmiş məlumatları yaymamaq çağırışı edilib

Kaynak: modern.az

Diğer Haberler