Tenqri
Ana Səhifə
Dünya

Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert

Əsas fənlər üzrə müəllimlərin fəaliyyətinə nəzarət və yoxlama mexanizmləri nisbətən ciddi şəkildə həyata keçirilir. Lakin fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya kimi fənlərin tədrisi çox vaxt diqqətdən kənarda qalır. Halbuki Elm və Təhsil Nazirliyi tərəfindən bu fənlər üzrə xüsusi

0 baxışazertag.az
Yaradıcılıq tələb edən fənlərin sertifikatlaşdırılması tədrisin keyfiyyətini artıracaq - ekspert
Paylaş:

Əsas fənlər üzrə müəllimlərin fəaliyyətinə nəzarət və yoxlama mexanizmləri nisbətən ciddi şəkildə həyata keçirilir. Lakin fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya kimi fənlərin tədrisi çox vaxt diqqətdən kənarda qalır. Halbuki Elm və Təhsil Nazirliyi tərəfindən bu fənlər üzrə xüsusi tədris planları təqdim olunur, amma bir çox hallarda dərs prosesi həmin planlara uyğun aparılmır Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev səsləndirib. O bildirib ki, yaradıcılıq tələb edən fənlər üzrə sertifikatlaşdırma imtahanlarının keçirilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək: “Misal üçün, fiziki tərbiyə dərslərində hava yaxşı olanda yalnız həyətdə futbol və ya voleybol oynamaqla, yağışlı havada isə zalda şahmat və ya dama təşkil etməklə kifayətlənmək düzgün deyil. Müəllimlər nazirlik tərəfindən təsdiqlənmiş proqram əsasında dərs keçməlidirlər. Eyni vəziyyət musiqi, təsviri incəsənət və texnologiya fənlərində də müşahidə olunur. Bu sahələr daha çox nəzarətdən kənarda qaldığı üçün onların sertifikatlaşdırılması vacibdir” Ekspert vurğulayıb ki, sertifikatlaşdırma imtahanları müəllimlərin həm fənn biliyini, həm də tədris metodikasını qiymətləndirməlidir: “Müəllimdən imtahan zamanı şəkil çəkmək və ya mahnı ifa etmək tələb olunmayacaq. Belə praktik bacarıqlar şagirdlər üçün nəzərdə tutulur. Müəllimlərə isə tədris proqramı, metodika və fənn bilikləri üzrə suallar təqdim ediləcək” Ramin Nurəliyev hesab edir ki, bu prosesə məktəb psixoloqları da cəlb olunmalıdır: “Məktəb psixoloqlarının da xüsusi sertifikasiya imtahanından keçməsi vacibdir. Hazırda bir çox məktəbdə onların fəaliyyəti istənilən səviyyədə deyil. İbtidai sinif müəllimlərində olduğu kimi, musiqi və fiziki tərbiyə müəllimləri arasında da ixtisasdankənar şəxslər fəaliyyət göstərir. Onların bilik və bacarıqları mütləq yoxlanılmalıdır” Ekspertin fikrincə, sertifikatlaşdırma prosesi təhsil sistemində keyfiyyətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2026-cı ildə fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya müəllimlərini ilk dəfə sertifikatlaşdırma imtahanına cəlb edəcək. Nazirliyin məlumatına görə, həmin fənlər üzrə müəllimlər bu ildən etibarən prosesə qoşulacaqlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler