Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər
Xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər orqanların qərarlarını icra etməyə tam səlahiyyətli şəxslərdir və onlar da dövlət icra məmuru kimi məcburi icra orqanı statusuna malikdirlər AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra X

Xüsusi icra məmurları da dövlət icra məmurları kimi məhkəmələrin və digər orqanların qərarlarını icra etməyə tam səlahiyyətli şəxslərdir və onlar da dövlət icra məmuru kimi məcburi icra orqanı statusuna malikdirlər AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov deyib O bildirib ki, xüsusi icra məmurları da xüsusi geyim forması daşıyırlar, nişana malikdirlər: “Sadəcə olaraq, onlar fəaliyyətə başlamaları üçün müvafiq prosedurlardan keçməli və Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamə ilə təmin olunmalıdırlar. Dövlət icra məmurlarından fərqli olaraq, xüsusi icra məmurları icra sənədlərinin hamısını deyil, icraatda olan və icraatları yükləyən əsas növ icra sənədlərini icra edəcəklər. O cümlədən müxtəlif növ kredit, vətəndaşlar, hüquqi, fiziki şəxslər arasında olan borca, əmlak tələblərinə dair icra sənədləri xüsusi icra məmurları tərəfindən icra edilə biləcək. Onların fəaliyyəti zamanı irəli sürdükləri tələblər dövlət icra məmurlarında olduğu kimi, bütün fiziki, hüquqi, vəzifəli şəxslər, dövlət və qeyri-dövlət orqanları üçün məcburidir və həmin tələblərin pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur” Yaqub Qurbanov diqqətə çatdırıb ki, qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı həyata keçirilən işləri əsas iki istiqamətə ayırmaq olar. “Bunlardan birincisi, xüsusi icra məmurlarının fəaliyyəti üçün normativ-hüquqi bazanın tam formalaşdırılması idi. Həm Nazirlər Kabineti, həm də Ədliyyə Nazirliyi tərəfindən 20-yə yaxın normativ-hüquqi akt qəbul olunub və bu gün xüsusi icra məmurlarının fəaliyyətə başlaması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün normativ-hüquqi baza tam formalaşdırılıb. İkinci istiqamət isə onların əməli fəaliyyətə başlaması üçün təşkilati-institusional tədbirlərin görülməsidir. Bu istiqamətdə də ən vacib addımlardan biri xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin elan olunması, təşkili, keçirilməsi, bu müsabiqədən keçən şəxslərin icbari təlimlərə, staja cəlb olunması və son nəticədə də məhkəmə qərarlarını icra edə biləcək layiqli, peşəkar kadrların ortaya çıxarılması və hazırlanması nəzərdə tutulur. Bu məqsədlə Müsabiqə Komissiyası aprelin 1-də sənəd qəbulu elan edib və proses mayın 1-dək davam edib”, - deyə rəis müavini vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
