Yaponiyadan Trampa maraqlı xəbərdarlıq
Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı və özünü məşhur anime qəhrəmanı Naruto Uzumaki obrazında təqdim etdiyi videoya münasibət bildirib Modern.az xəbər verir ki, nazir müəllif hüquqları ilə qorunan anime obrazlarından istifadə

Yaponiyanın iqtisadi təhlükəsizlik naziri Kimi Onoda ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı və özünü məşhur anime qəhrəmanı Naruto Uzumaki obrazında təqdim etdiyi videoya münasibət bildirib Modern.az xəbər verir ki, nazir müəllif hüquqları ilə qorunan anime obrazlarından istifadə üçün mütləq hüquq sahibinin icazəsinin alınmalı olduğunu vurğulayıb “Əlbəttə, həmin paylaşım barədə məlumatım var. Ümumilikdə prinsip ondan ibarətdir ki, hər hansı obrazdan istifadə etmək üçün hüquq sahibinin icazəsi tələb olunur. Bu qayda hətta dövlət qurumlarına da aiddir”, - deyə Onoda mətbuat konfransında bildirib Nazir qeyd edib ki, müəllif hüquqlarının açıq şəkildə pozulmaması belə, əsərin hüquq sahibinin niyyətindən kənar formada istifadəsi onun nüfuzuna və imicinə zərər vura bilər Onun sözlərinə görə, Yaponiya bu məsələ ilə bağlı mövqeyini diplomatik kanallar vasitəsilə ABŞ tərəfinə dəfələrlə çatdırıb “Biz müəllif hüquqlarına düzgün yanaşmanın təmin edilməsi üçün ABŞ ilə dialoqu davam etdirəcəyik. Ümid edirəm ki, belə hallar gələcəkdə təkrarlanmayacaq və həmin paylaşım daha da yayılmayacaq”, - deyə nazir əlavə edib Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış video paylaşmışdı. Videoda o, məşhur “Naruto” anime seriyasının baş qəhrəmanı Naruto Uzumaki obrazında təsvir olunub. Paylaşım anime pərəstişkarlarının tənqidi ilə qarşılanıb
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
