Tenqri
Ana Səhifə
Dünya

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tər

0 baxışazertag.az
Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır
Paylaş:

Yaponiyalı alimlər gənələr tərəfindən yayılan, ağır qızdırma və trombositopeniya sindromu olan SFTS virusunu qısa müddətdə aşkar etməyə imkan verən yeni diaqnostik test hazırlayırlar AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, Osaka Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan test mövcud PCR müayinələrindən fərqli olaraq nəticələri eyni gün ərzində əldə etməyə imkan verəcək. Test hamiləlik və qrip testlərində istifadə olunan immunoxromatoqrafik üsula əsaslanır Mütəxəssislərin məlumatına görə, ölüm göstəricisi 10-30 faiz arasında dəyişən SFTS virusu Yaponiyada geniş yayılıb. Son günlərdə xəstəliyə ölkənin fərqli regionlarında da rast gəlinib Tədqiqatçılar yeni diaqnostik dəstin 1-2 il ərzində istifadəyə hazır olacağını bildirirlər. Osaka Universiteti eyni zamanda SFTS virusuna qarşı peyvənd hazırlanması üzərində də çalışır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler