Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
Yaponiyanın Kavaqoe şəhərində icazəsiz tikilmiş məscidin sökülməsinə dair qərar verilib AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, şəhər rəhbərliyi söküntü barədə qərarını məscidin inşasının şəhərsalma qaydalarına zidd aparılmasını əsas götürərək qəbul edib. “Ramazan Böyük Məscidi” şəhərl

Yaponiyanın Kavaqoe şəhərində icazəsiz tikilmiş məscidin sökülməsinə dair qərar verilib AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, şəhər rəhbərliyi söküntü barədə qərarını məscidin inşasının şəhərsalma qaydalarına zidd aparılmasını əsas götürərək qəbul edib. “Ramazan Böyük Məscidi” şəhərləşmə nəzarət zonasında dağ meşəsi kimi təsnif olunan 4500 kvadratmetrlik ərazidə inşa edilib İbadət məkanının tikilməsi üçün müvafiq qurumlara müraciət olunmadığını bəyan edən meriya söküntü qərarının dini deyil, şəhərsalma məsələsi olduğunu vurğulayıb Qeyd edək ki, paytaxt Tokionun şimalında Kavaqoe şəhərindəki məscid Pakistan icmasının fəalları tərəfindən tikilib. Aprel ayında açılışında Pakistanın Yaponiyadakı səfiri də iştirak edib. Səfirlik şəhər sakinlərinin etirazı və meriyanın söküntü barədə qərarının ardından Yaponiyadakı vətəndaşlarını dini layihələr üçün yerli qanunlara əməl etməyə çağırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


