Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
Yaponiyanın Utsunomiya şəhərinin küçələrində ayı göründükdən sonra 94 ibtidai və orta məktəbin hamısında dərslər dayandırılıb AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə qərarı şəhər bələdiyyəsi ayının hələ də şəhərdə olması ilə əlaqədar qəbul edib. Bildirilir ki, paytaxt Tokionu

Yaponiyanın Utsunomiya şəhərinin küçələrində ayı göründükdən sonra 94 ibtidai və orta məktəbin hamısında dərslər dayandırılıb AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə qərarı şəhər bələdiyyəsi ayının hələ də şəhərdə olması ilə əlaqədar qəbul edib. Bildirilir ki, paytaxt Tokionun təxminən 100 kilometr şimalında yerləşən və yarım milyon əhalisi olan şəhərdə ayı ilk dəfə iyunun 6-da parkın yaxınlığındakı yaşayış məntəqəsində görülüb. İyunun 8-də səhər saatlarında ayı orta məktəblərdən birinin yaxınlığında təkrar peyda olub. Şəhər bələdiyyəsi təhlükəsizlik məqsədilə dərhal məktəblərin müvəqqəti olaraq bağlanmasına qərar verib Qeyd edək ki, Yaponiyada, o cümlədən şəhər yerlərində ayı hücumları artmaqdadır. Ötən həftə Fukuşima prefekturasının bir şəhərində ayı hücumu nəticəsində ən azı dörd nəfər xəsarət alıb. Beynəlxalq Təbiəti Mühafizə Birliyini Asiya qara ayılarını həssas növ kimi qeydə alıb, lakin Yaponiyada ovlanmanın azalması səbəbindən onların sayı 2012-ci ildən bəri təxminən 3 dəfə artıb. Mütəxəssislər iqlim dəyişikliyinin ayıların palıd və fıstıq kimi təbii qidasının azaltdığını düşünür. Kənd yerlərinin əhalisinin azalması və tərk edilmiş əkin sahələrinin çoxalması isə ayıları insan məskənlərinin yaxınlığında qida axtarmağa cəsarətləndirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
