Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb Maliyyə Nazirliyindən AZƏRTAC-a bildir

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 012,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97,6 faiz təşkil edir 2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


