Tenqri
Ana Səhifə
Dünya

Yanacağın qiyməti artdı, məntəqələr bağlandı - İran müharibəsi Ermənistanı “vurdu”

Ermənistan mayeləşdirilmiş təbii qazın (LNG) kəskin çatışmazlığı ilə üzləşir. Bəzi yanacaqdoldurma məntəqələri ya bağlıdır, ya da məhdud miqdarda yanacağı baha qiymətə satır. Cəmi bir həftə əvvəl LNG-nin orta qiyməti bir litr üçün 190 dram idisə, bu gün Armavir və Hrazdan bölgəsində bu rəqəm 270 dra

0 baxışpublika.az
Yanacağın qiyməti artdı, məntəqələr bağlandı - İran müharibəsi Ermənistanı “vurdu”
Paylaş:

Ermənistan mayeləşdirilmiş təbii qazın (LNG) kəskin çatışmazlığı ilə üzləşir. Bəzi yanacaqdoldurma məntəqələri ya bağlıdır, ya da məhdud miqdarda yanacağı baha qiymətə satır. Cəmi bir həftə əvvəl LNG-nin orta qiyməti bir litr üçün 190 dram idisə, bu gün Armavir və Hrazdan bölgəsində bu rəqəm 270 drama, bəzi hallarda 300 drama çatıb Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Nyus.am” saytı yazır Sayta danışan sürücülər bildirir ki, sonuncu dəfə 250 drama alıblar və artıq benzinə keçirlər Erməni iqtisadçı Suren Parsyan böhranın bir neçə səbəbinin olduğunu, bütün səbəblərin hazırda üst-üstə düşdüyünü bildirib “Ermənistan mayeləşdirilmiş təbii qaz idxalçısıdır və onu əsasən Rusiyadan alır. Son aylarda İran və İraqdan tədarük əhəmiyyətli dərəcədə dayandırılıb, bu da Rusiyadan asılılığı gücləndirib. Ötən həftə Yuxarı Lars keçid məntəqəsinin üç günlük bağlanması da daxili bazara dərhal təsir göstərib. Lakin məsələ Yuxarı Larsla da bağlı deyil. Ermənistanda mayeləşdirilmiş təbii qaz idxal edən 100-dən çox şirkətdən yalnız bir neçəsinin öz anbarı var. Hazırda qiymətləri diktə edənlər məhz onlardır. Digərləri isə heç bir inventar olmadan fəaliyyət göstərir və hazırda satmağa məhsulları yoxdur. Anbarları olan şirkətlər ehtiyatlarını bölüşməkdən imtina edirlər, bu da bazarda qıtlıq və təşviş yaradır”, - deyə o qeyd edib Parsyanın sözlərinə görə, Hörmüz boğazının bağlanmasının da təsirləri var: “Boğazın bağlanmasına görə qlobal mayeləşdirilmiş təbii qaz təchizatı çətinləşib. LNG-nin ən böyük ixracatçılarından olan Qətər daşımaları azaldır, bu da qlobal bazarda dalğalanmalara səbəb olub. Rusiya istehsalçıları da yaranmış vəziyyətdən istifadə edərək, aktiv şəkildə Asiya bazarlarına yönəlirlər və Ermənistan hazırda onlar üçün daha az cəlbedicidir” O bildirib ki, bazarda inhisarçılığın olması da problemi körükləyən səbəblər arasındadır Parsyan əlavə edib ki, Yuxarı Lars yolunun açılması gərginliyi qismən azaldacaq, lakin sistemli problemləri həll etməyəcək Yalnız bu halda təhvil veriləcək - Paşinyan Azərbaycanla sərhəddən danışdı Avropa Ermənistandakı seçkilərə müdaxilə edəcək - Moskvadan xəbərdarlıq Paşinyan ermənilərə səsləndi: Belə yaşasanız, sizi heç kim öldürməz Tramp Paşinyana zəng edib? – İrəvandan “xarici müdaxilə” açıqlaması 100 min muzdlu göndərilir: İrəvanda qan töküləcək - Kremlin dəhşətli planı üzə çıxdı Gürcüstan patriarxı kürsüsü uğrunda mübarizə başladı Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı

Kaynak: publika.az

Diğer Haberler