Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb
Bakı şəhərində keçirilən 5 İyun - Ümumdünya Ətraf Mühit Günü çərçivəsində “Xəzər dənizi yol ayrıcında: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BM

Bakı şəhərində keçirilən 5 İyun - Ümumdünya Ətraf Mühit Günü çərçivəsində “Xəzər dənizi yol ayrıcında: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib AZƏRTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə təşkil olunub Tədbirin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək, Xəzər dənizində müşahidə olunan səviyyə azalmasının yaratdığı ekoloji, sosial və iqtisadi risklərə diqqət çəkib, bu istiqamətdə elmi əsaslı yanaşmaların, məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb Panel müzakirələrində dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri, iqlim dəyişmələrinin təsirləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


