XİN rəhbərləri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır 525.az xəbər verir ki, bu, Azərbaycan XİN-in “X” hesabında Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünə dair məlumatda bildirilib Məlumata görə, nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifah

Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır 525.az xəbər verir ki, bu, Azərbaycan XİN-in “X” hesabında Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünə dair məlumatda bildirilib Məlumata görə, nazirlərin müzakirələri daha geniş regionda sülhün, sabitliyin və rifahın əsas dayaqlarından biri olaraq qalmaqda davam edən Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsinə həsr olunub Tərəflər siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya daxil olmaqla ikitərəfli əməkdaşlığın geniş gündəliyini nəzərdən keçiriblər XİN rəhbərləri regional və beynəlxalq proseslər, o cümlədən Cənubi Qafqazda davamlı sülhün və normallaşmanın təmin olunması istiqamətində aparılan səylər, regional bağlantı təşəbbüsləri və Orta Dəhlizin artan strateji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar “Ortaq tarix, mədəniyyət və dəyərlər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlığı hər zamankından daha güclü olaraq qalır və regional təhlükəsizliyin, inkişafın və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verməyə davam edir”, - məlumatda deyilir


