XİN başçısı: Gürcüstanın tranzit funksiyasını itirməsi barədə danışmaq qeyri-ciddidir
"Gürcüstanın guya tranzit funksiyasını itirməsi barədə danışmaq qeyri-ciddidir" APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib Onun sözlərinə görə, region ölkələri Gücüstanın rolunu və dəyərini çox yaxşı anlayır v

"Gürcüstanın guya tranzit funksiyasını itirməsi barədə danışmaq qeyri-ciddidir" APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib Onun sözlərinə görə, region ölkələri Gücüstanın rolunu və dəyərini çox yaxşı anlayır və kiminsə gərəksiz rəqabəti qəsdən qızışdırması əsassızdır Nazir qeyd edib ki, bağlantılar barədə danışarkən Gürcüstana coğrafi mövqeyini nəzərə almaqla əhəmiyyət verməmək mümkün deyil "Gürcüstan üçün bu funksiyanı yaxın qonşu ölkələr olmadan yerinə yetirmək çətindir. Buna görə də biz ilk növbədə region ölkələri ilə əməkdaşlığı daha da inkişaf etdirməliyik", - Boçorişvili əlavə edib XİN başçısı vurğulayıb ki, qonşu və Mərkəzi Asiya ölkələri ilə dinamik əməkdaşlıq Gürcüstana fayda gətirəcək və müəyyən mənada ölkə üçün sabitliyin qarantı olacaq: "Bu gün bölgəmizdə iğtişaşlar və qeyri-sabitlik heç kimə lazım deyil. Hazırkı dövrdə bu kiçik region həyati əhəmiyyət kəsb edir. Biz bundan düzgün istifadə etməliyik, buna görə də Gürcüstanda sabitliyi qoruyub saxlayırıq"


