XİN: Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb - YENİLƏNİB
2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici
2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib Bildirilib ki, konstruktiv ruhda keçən müzakirələrin nəticəsində cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb Qeyd edilib ki, yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib Məlumata görə, görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil nazirliklərinin, habelə Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin nümayəndələri iştirak ediblər Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat verilib “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır”, - məlumatda qeyd olunub


