Xiaomi iPhone klonunu buraxmaq üzrədir
Xiaomi Korporasiyası yeni iPhone-un buraxıldığı gün Apple cihazına bənzər telefonunu təqdim etməyə hazırlaşır. Day.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə GSM Arena məlumat yayıb Media jurnalistləri Redmi K100 Pro və K100 Pro Max-ın buraxılmasını proqnozlaşdıran Çindən olan insayderlərə

Xiaomi Korporasiyası yeni iPhone-un buraxıldığı gün Apple cihazına bənzər telefonunu təqdim etməyə hazırlaşır. Day.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə GSM Arena məlumat yayıb Media jurnalistləri Redmi K100 Pro və K100 Pro Max-ın buraxılmasını proqnozlaşdıran Çindən olan insayderlərə istinad ediblər. Müəlliflərin fikrincə, telefonların iPhone 18 Pro və 18 Pro Max-ın xarici görünüşünü xatırladan dizayna sahib olması təsadüfi deyil. Beləliklə, Asiya İT nəhəngi yeni Apple qadcetlərinin anonsundan bir qədər diqqəti özünə çəkmək niyyətindədir Redmi smartfonlarının arxa panelində dörd kamera modulunun yerləşdiriləcəyi düzbucaqlı blok olacaq. Hazırkı Apple smartfonları oxşar dizayna malikdir, lakin üç linzalıdır Mənbələr həmçinin bildiriblər ki, Redmi K100 Pro Snapdragon 8 Elite Gen 5 prosessoru, 200 meqapiksellik əsas kamera, güclü stereodinamiklər və 10 000 milliamper-saata qədər tutumlu akkumulyator alacaq. K100 Pro Max versiyası daha güclü Snapdragon 8 Elite Gen 6 çipi ilə gələcək K100 seriyalı smartfonların sələfləri oktyabr ayında ortaya çıxdı. Çox güman ki, yeni iPhone-lar sentyabrda təqdim olunacaq Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


