Tenqri
Ana Səhifə
Dünya

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Küveyt Nazirlər Kabineti xarici sərmayədarlar ölkədə uzunmüddətli yaşamasına imkan verən yeni qaydaları təsdiqləyib AZƏRTAC xəbər verir ki, bu barədə qərar Küveytin rəsmi dövlət qəzetinin bazar günü dərc olunmuş sayında yer alıb Nazirlər Kabinetinin 2026-cı il üzrə 651 nömrəli qərarına əsasən, bir

0 baxışazertag.az
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
Paylaş:

Küveyt Nazirlər Kabineti xarici sərmayədarlar ölkədə uzunmüddətli yaşamasına imkan verən yeni qaydaları təsdiqləyib AZƏRTAC xəbər verir ki, bu barədə qərar Küveytin rəsmi dövlət qəzetinin bazar günü dərc olunmuş sayında yer alıb Nazirlər Kabinetinin 2026-cı il üzrə 651 nömrəli qərarına əsasən, birbaşa investisiyaların təşviqi haqqında qanunun müddəalarına uyğun fəaliyyət göstərən xarici investorlar üçün 15 ilədək investor yaşayış icazəsi verilə biləcək Yeni qaydalar investisiya qurumlarının sahiblərinə, tərəfdaşlarına, rəhbərlərinə, ali idarəetmə heyətinin üzvlərinə, eləcə də onların ailə üzvlərinə şamil olunacaq. Bu imkandan yararlanmaq üçün investisiya layihəsinin həcmi ən azı 5 milyon Küveyt dinarı (təxminən 16,2 milyon ABŞ dolları), nizamnamə kapitalı isə minimum 1 milyon Küveyt dinarı (təxminən 3,23 milyon ABŞ dolları) təşkil etməlidir. Kapitalın ölkə daxilində yerləşdirilməsi təsdiqlənməli, şirkətin Küveytdə faktiki fəaliyyət göstərən ofisi olmalı və yerli vətəndaşların məşğulluğu ilə bağlı müəyyən edilmiş tələblərə əməl edilməlidir Qərarda investor yaşayış icazəsinin investisiya qurumu fəaliyyətini davam etdirdiyi və müəyyən edilmiş tələblərə cavab verdiyi müddətdə yenilənə biləcəyi də qeyd olunur Qərara görə, investor yaşayış icazəsinin müddəti başa çatdıqdan sonra şəxs hüquq və öhdəliklərini nizama salmaq məqsədilə Küveytdə daha 90 gün qala bilər. Bu müddət müəyyən şərtlərlə ümumilikdə 180 günədək uzadıla bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler