Tenqri
Ana Səhifə
Dünya

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu

Bu gün səfərimizə Cümə məscidindən başladıq. Bizə məscidin zəlzələdən sonra bərpa prosesi və ərazi ilə bağlı tarixi məlumatlar təqdim olundu. Eyni zamanda, burada yaşayan insanların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, müxtəlif dini və mədəni dəyərlərin qorunduğu vurğulandı Bunu AZƏ

0 baxışazertag.az
Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu
Paylaş:

Bu gün səfərimizə Cümə məscidindən başladıq. Bizə məscidin zəlzələdən sonra bərpa prosesi və ərazi ilə bağlı tarixi məlumatlar təqdim olundu. Eyni zamanda, burada yaşayan insanların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, müxtəlif dini və mədəni dəyərlərin qorunduğu vurğulandı Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələrinin Şamaxıya mediaturu zamanı “Abos” Afrika Xəbər Agentliyinin əməkdaşı Eunice Ngui deyib “Gənclər və jurnalistlər olaraq, burada baş verən hadisələr, eləcə də cəmiyyətin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu. Daha sonra muzeyi ziyarət etdik və burada bölgənin tarixi, mədəni irsi və qorunub saxlanılan eksponatlara baxdıq. Tarixi artefaktların bərpası və gələcək nəsillərə ötürülməsi ölkənin mədəni irsinin yaşadılması baxımından çox önəmlidir”, - deyə o əlavə edib Qeyd edək ki, mayın 17-22-də keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler