Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
2026-cı ilin 1 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon dollar və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib 525.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon dollar məbləğində

2026-cı ilin 1 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon dollar və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edib 525.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon dollar məbləğində azalıb Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil edib. Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır 2026-cı ilin 1 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon dollar məbləğində əsas borc, 71,9 milyon dollar məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib
Diğer Haberler

29 aprel 2026-cı il üçün ulduz falı şərhləri! Buğa, Əqrəb, Şir SEVGİ, EVLİLİK, SAĞLAMLIQ şərhləri nə deyir?

Prezident Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
