Xarici diplomatlar Xankəndidə Zəfər Parkında olublar - FOTO - VİDEO
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkında olublar APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətinə Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və Azərbaycanın tarixi qələbəsini əks etdirən Zəfər Parkı, 44 günlük mü

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində salınmış Zəfər Parkında olublar APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətinə Xankəndi şəhərində 9 hektarlıq ərazidə salınan və Azərbaycanın tarixi qələbəsini əks etdirən Zəfər Parkı, 44 günlük müharibəni simvolizə edən 44 metr hündürlükdə Zəfər Tağı haqqında məlumat verilib Nümayəndə heyəti parkda quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları, eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlarla tanış olublar Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar
Diğer Haberler

KTTO: Yanlış siyasətlərin əvəzini gələcək nəsillər ödəməli olacaq - Kıbrıs Qəzeti - Kıbrıs Xəbər, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri
Ünal Üstel... Siyasətdə davamlı olaraq bir lider hədəfə alınırsa, iki ehtimal var... - Kıbrıs Qəzeti - Kıbrıs Xəbərləri, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri
