Xankəndidə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 10-da Qarabağ Universitetində tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib "Report"un Xankəndiyə ezam olunan əməkdaşının verdiyi məlumata gö

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 10-da Qarabağ Universitetində tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib "Report"un Xankəndiyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış ediblər "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri E. Rəsulov WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyətini və onun çərçivəsində gənclərdə maraq doğuracaq əsas tədbirləri diqqətə çatdırıb. E. Rəsulov gəncləri WUF13 tədbirində fəal iştirak etməyə çağırıb R. İdrisoğlu öz çıxışında Azərbaycanda şəhərlərin planlı inkişafı əsasında sistemli yanaşma dayandığını vurğulayıb Qeyd edilib ki, erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa işləri ilə yanaşı, ərazilər sıfırdan, müasir standartlara uyğun səviyyədə yenidən qurulur. Bu ərazilərdə 8 şəhərin baş planı və 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılmaları artıq təsdiqlənib. 2 şəhərin baş planı aidiyyəti qurumlarla razılaşdırılır, daha 2 şəhərin baş planı üzrə işlər yekun mərhələdədir. Həyata keçirilən layihələr sayəsində bu ərazilərdə qlobal trendlərə cavab verən, "ağıllı" şəhər və kənd konsepsiyalarını, bərpaolunan enerji və yaşıl zona yanaşmalarını özündə birləşdirən tam yeni bir ekosistem formalaşdırılır Qeyd edək ki, WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


