Tenqri
Ana Səhifə
Dünya

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Xaçmazda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin qalibləri müəyyənləşib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yeni Həyat qəsəbə stadionunda keçirilən regional turnirdə şimal bölgəsini təmsil edən 24 komanda mübarizə aparıb Finalda Xaçmazın Qadaşoba və Qusarın Qu

0 baxışazertag.az
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
Paylaş:

Xaçmazda şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin qalibləri müəyyənləşib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yeni Həyat qəsəbə stadionunda keçirilən regional turnirdə şimal bölgəsini təmsil edən 24 komanda mübarizə aparıb Finalda Xaçmazın Qadaşoba və Qusarın Quxuroba kəndlərini təmsil edən komandalar qarşılaşıblar Oyundan əvvəl Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib İki mindən çox azarkeşin izlədiyi matçda 1:0 hesabı ilə qalib gələn Qadaşoba komandası çempion adını qazanıb. Üçüncü yer uğrunda görüşdə isə Xaçmazın Yalama və Gödəkli komandaları üz-üzə gəlib. Yalama 3:1 hesabı ilə qalib gələrək bürünc medalları əldə edib Mükafatlandırma mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şimal Regional Futbol Federasiyasının prezidenti Fəxrəddin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər Mükafatçı yerlərin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olunublar Qalib komandaya diplom və medallarla yanaşı, çempionatın kuboku təqdim edilib. Həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler