Tenqri
Ana Səhifə
Dünya

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş “Şekspir” tamaşası nümayiş olunub

Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub 525.az xəbər verir ki, görkəmli yazıçı və dramaturq Elçinin xatirəsinə həsr olunmuş tamaşanın təqdimatı Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib Gecədə millət v

0 baxış525.az
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş “Şekspir” tamaşası nümayiş olunub
Paylaş:

Mayın 5-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında səhnələşdirdiyi eyniadlı tamaşanın nümayişi olub 525.az xəbər verir ki, görkəmli yazıçı və dramaturq Elçinin xatirəsinə həsr olunmuş tamaşanın təqdimatı Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib Gecədə millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər Tədbirdə çıxış edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov Elçinin yaradıcılığından, Bakı Bələdiyyə Teatrı ilə olan əməkdaşlığından bəhs edib. Daha sonra tamaşanın nümayişi başlayıb Qeyd edilməlidir ki, “Şekspir” pyesi İngiltərə, ABŞ, Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdə səhnəyə qoyulub. Geniş tamaşaçı auditoriyasının marağına səbəb olan əsər, eyni zamanda dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına da şərait yaradıb Rejissor Mərahim Fərzəlibəyov “Şekspir” əsərinə tam fərqli prizmadan yanaşıb. O, tamaşaçıları “Şekspir” vasitəsilə Elçinin dərin fəlsəfi fikirləri ilə tanış edib Səhnə əsəri ümumbəşəri dəyərlərə işıq tutaraq insanı xeyirxahlıq, sevgi və mərhəmət yoluna dəvət edir, onu mənəvi axtarışlara sövq edir Tamaşanın quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur Rollarda İlqar Musayev (baş həkim), Ülviyyə Rza (həkim), Hüsniyyə Mürvətova (Əməkdar artist), Sara Bernar, Rəşad Kəsəmənli (İosif Stalin), Zülfiyyə Qurbanova (Ər-arvad), Tural Əhməd (Drob 13), Toğrul Rza (veneralı), Elçin Muradov (sanitar), Rəşid Soltanov (I sanitar), Namiq Cavadov(II sanitar) iştirak ediblər “Şekspir” tamaşası izləyicilər tərəfindən yüksək maraqla qarşılanan və dərin təəssüratlar yaradan səhnə əsərlərindən biri kimi dəyərləndirilir. Səhnə əsərinin təqdimatı bu dəfə də zalda böyük coşqu və alqışlarla müşayiət olunub Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Xalq artisti Amaliya Pənahova tərəfindən təsis olunub. Bu illər ərzində teatr onlarla tamaşa hazırlayaraq, yerli və beynəlxalq səhnələrdə, o cümlədən cəbhə bölgələrində uğurla çıxış etmişdir. Teatr Türkiyə, Rusiya, Yunanıstan, Almaniya və digər xarici ölkələrdə müxtəlif tamaşalar nümayiş etdirərək Azərbaycanın və bütövlükdə Türk dünyasının mədəniyyətini geniş auditoriyalara çatdırıb

Kaynak: 525.az

Diğer Haberler