Xalq artisti Maqsud Məmmədov vəfat edib
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib "Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət gö

Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib "Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
.webp&w=2048&q=70)

