Tenqri
Ana Səhifə
Dünya

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

İslam İnkişaf Bankı Qrupu (İBB) halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) v

0 baxışazertag.az
Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir
Paylaş:

İslam İnkişaf Bankı Qrupu (İBB) halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Nazirlər sessiyası: Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat” adlı sessiyasındakı çıxışında İİB-yə daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti baş icraçı direktoru Xalid Xələfulla deyib O bildirib ki, İslam İnkişaf Bankı halal iqtisadiyyatı iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir və uzun illərdir bu istiqamətdə təşəbbüsləri dəstəkləyir “Tərəfdaşlıqlar və bilik mübadiləsi proqramları vasitəsilə qrup üzv ölkələrdə halal ekosisteminin gücləndirilməsinə töhfə verir. Bankın təşəbbüsləri İBB-nin halal ekosistemində rəqabət qabiliyyətinin artırılması, dayanıqlılığın möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində praktik həllərə sadiqliyini nümayiş etdirir. Lakin halal iqtisadiyyatın qurulması və inkişafı yalnız siyasət və təcrübə mübadiləsi ilə mümkün deyil. Bunun üçün investisiyalar, sertifikatlaşdırma sistemləri, ticarət mexanizmləri, maliyyələşdirmə imkanları və bizneslərin beynəlxalq miqyasda inkişafını dəstəkləyən risklərin idarə olunması alətləri də tələb olunur. Bu baxımdan, İslam İnkişaf Bankı Qrupunun müxtəlif institutları bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən rolu oynayır”, - deyə Xalid Xələfulla qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler