Xabi Alonso Britaniya nəhənginin başına keçib
Premyer Liqada çətin günlər keçirən "Çelsi"nin yeni çalışdırıcısı rəsmən bəlli olub Son həftələrdə aldığı zəif nəticələrə görə İngiltərə Premyer Liqasında 9-cu yerə enən və baş məşqçi dəyişikliyi ilə keçən "Çelsi"də növbəti mövsüm üçün bu vəzifəyə Xabi Alonso təyin olunub. Üç ay sonra yanvarda Enz

Premyer Liqada çətin günlər keçirən "Çelsi"nin yeni çalışdırıcısı rəsmən bəlli olub Son həftələrdə aldığı zəif nəticələrə görə İngiltərə Premyer Liqasında 9-cu yerə enən və baş məşqçi dəyişikliyi ilə keçən "Çelsi"də növbəti mövsüm üçün bu vəzifəyə Xabi Alonso təyin olunub. Üç ay sonra yanvarda Enzo Mareskanı əvəzləyən Liam Roseniorla yollarını ayırdılar. Blues mövsümü müvəqqəti məşqçi Kalum Makfarleyn ilə başa vuracaq London komandası bu yaxınlarda "Real Madrid"də çalışan ispan məşqçi Xabi Alonso ilə 4 illik anlaşma əldə edildiyini açıqlamışdı. Alonso rəsmi olaraq iyulun 1-də Stamford Bridge-də müqavilə imzaladıqdan sonra start götürəcək Məşqçilik karyerasına Real Madrid infrastrukturunda başlayan Xabi Alonso müvafiq olaraq Sosyedad B və Bayer Leverkusen komandalarını çalışdırıb. 3 mövsüm Almaniya komandasının çalışdırıcısı olan Alonso mövsümdə Bundesliqa çempionluğu ilə yanaşı, bir dəfə də Almaniya kubokunu və Almaniya Superkubokunu qazanıb


