Sabah Bakıda WUF13 start götürəcək
BAKI, Azərbaycan, 16 may. Sabah, mayın 17-də Bakıda şəhərsalma sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan World Urban Forum 13-ün (WUF13) 13-cü sessiyası işə başlayacaq WUF13 BMT-Habitat və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur Mayın 22-dək davam edəcək sess
BAKI, Azərbaycan, 16 may. Sabah, mayın 17-də Bakıda şəhərsalma sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan World Urban Forum 13-ün (WUF13) 13-cü sessiyası işə başlayacaq WUF13 BMT-Habitat və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur Mayın 22-dək davam edəcək sessiya “Dünyada yaşayış: təhlükəsiz və möhkəm şəhərlər və icmalar” mövzusuna həsr olunub Forum təkcə şəhərsalma və memarlıq deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişikliyi və insanların rifahı ilə bağlı qlobal problemlərin həlli üçün ən böyük beynəlxalq platformalardan biri kimi qiymətləndirilir BMT-Habitat tərəfindən yaradılmış beynəlxalq platforma müasir çağırışlara qlobal həll yolları tapmağa yönəlib. Forum həmçinin hökumətləri, şəhər rəhbərlərini, alimləri, memarları, investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşdırılmasında mühüm rol oynayır WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin yüksək qiymətləndirilməsini, etibarlı tərəfdaş kimi nüfuzunu və müasir şəhərsalma siyasətini əks etdirir 180 ölkədən 32 000-dən çox iştirakçı WUF13 üçün qeydiyyatdan keçərək forum tarixində rekorda imza atıb Bakı Olimpiya Stadionu və ona bitişik ərazi də daxil olmaqla forumun keçirilməsi üçün ayrılmış ümumi ərazi 53 hektardır. Tədbirin keçirildiyi yerdə plenar zallar, sərgi meydançaları, media mərkəzləri, innovasiya zonaları yaradılıb. Açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulmuş zal 6000-ə qədər iştirakçını qəbul edə bilər Forum çərçivəsində hər gün təxminən 300 paralel sessiya, görüş və tədbirlər planlaşdırılır


