WUF13 Baku Challenge kollektiv bəyannaməsi ilə yekunlaşacaq - milli koordinator
BAKI, Azərbaycan, 19 may. WUF13 "Baku Challenge" adlı kollektiv bəyannamə ilə yekunlaşacaq. Trend -in məlumatına görə, bunu WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində "D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" panel sessiyasınd

BAKI, Azərbaycan, 19 may. WUF13 "Baku Challenge" adlı kollektiv bəyannamə ilə yekunlaşacaq. Trend -in məlumatına görə, bunu WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində "D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu" panel sessiyasında deyib Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər yaşıl, ağıllı və təhlükəsiz yaşayış sahələri kimi inkişaf etdirilir. Burada bərpa olunan enerji, dayanıqlı nəqliyyat, rəqəmsal idarəetmə sistemləri, ekoloji infrastruktur, “ağıllı şəhər” və “ağıllı kənd” prinsipləri tətbiq edilir Quliyev bildirib ki, şəhərləri yaşıl və dayanıqlı məkanlara çevirmək innovativ həllər, güclü tərəfdaşlıq və resursların səfərbər edilməsini tələb edir: “Beynəlxalq əməkdaşlıq bu məqsədlərə nail olmaq üçün bizə lazım olan alətlər və təcrübələrin verilməsində xüsusi əhəmiyyət kəsb edir D8 platforması praktiki və nəticəyönümlü təşəbbüsləri dəstəkləməklə və maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməklə fəaliyyət üçün mühüm katalizator ola bilər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi D8-in hazırkı və gələcək təşəbbüslərinə töhfə verməyə hazırdır və ümid edirik ki, bugünkü müzakirələr bizi ümumi məqsədlərimizə yaxınlaşdıracaq”, - deyə rəsmi qeyd edib O vurğuladı ki, WUF13 Bakı Çağırışı adlı kollektiv bəyannamə ilə yekunlaşacaq ki, bu bəyannamə qarşıdakı illərdə mənzil və dayanıqlı şəhər inkişafı istiqamətlərini müəyyən edəcək Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


