Tenqri
Ana Səhifə
Dünya

WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya keçirilib AZƏRTAC xəbər verir ki, sessiyada sürətli urbanizasiya fonunda torpaq resurslarının dayanıqlı idarə olunması, mənzi

0 baxışazertag.az
WUF13 çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya baş tutub - YENİLƏNİB
Paylaş:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Yeni inkişaf üçün tranzityönümlü planlaşdırma” mövzusunda sessiya keçirilib AZƏRTAC xəbər verir ki, sessiyada sürətli urbanizasiya fonunda torpaq resurslarının dayanıqlı idarə olunması, mənzil və infrastruktur çatışmazlığı, eləcə də şəhər–kənd əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə edilib Sessiyada çıxış edən Qazaxıstanda yerləşən “STEP City” təşəbbüsünün təsisçisi və idarəedici partnyoru Alina Bisembaeva bildirib ki, TOD yanaşması davamlı mobillik sisteminin layihələndirilməsi şəhər nəqliyyatına əsaslanan rayonlaşdırma və infrastruktur dizaynı ilə həyata keçirilir, beləliklə şəhər nəqliyyatı daha səmərəli, əlçatan və hər kəs üçün rahat olur O qeyd edib ki, Yaponiyada TOD-un dünyadakı ən sistemli və mükəmməl versiyası tətbiq olunur “Ölkənin Tokyo, Hankyu və digər iri özəl dəmir yolu şirkətləri tarixi inkişaf prosesində yalnız sərnişin daşımaları ilə məşğul olmamış, eyni zamanda, öz dəmir yolu xətləri boyunca yerləşən torpaq sahələrinin əsas inkişaf etdiriciləri kimi çıxış ediblər. Bu inteqrasiya nəqliyyat sisteminin maliyyələşdirilməsi ilə yanaşı əmlak bazarının da paralel şəkildə inkişafını təmin edib”,- deyə o əlavə edib Şəhər strategiyası üzrə ekspert Artemiy Yarçevskiy diqqətə çatdırıb ki, urbanizasiya və nəqliyyat planlaşdırılması yalnız böyük inkişaf konsepsiyaları ilə məhdudlaşmır, eyni zamanda, gündəlik şəhər mobilliyi məsələlərini də əhatə edir O, yeni yaşayış ərazilərində ictimai nəqliyyat marşrutlarının düzgün qurulmasının, yol infrastrukturunun planlaşdırılmasının və nəqliyyat-mübadilə qovşaqlarına əlçatanlığın vacibliyini vurğulayıb “Müasir şəhərsalma strategiyalarında qonşu regionlarla əlaqələrin qurulması, yeni yaşayış komplekslərinə xidmət göstərəcək avtobus marşrutlarının təşkili, yol zolaqlarının planlaşdırılması və piyada, velosiped, skuter kimi fərdi mobillik vasitələrinin inteqrasiyası əsas istiqamətlərdən biridir”,- deyə o əlavə edib Sessiyada, eyni zamanda, şəhər və kənd iqtisadiyyatlarının inteqrasiyası xüsusi diqqət mərkəzində olub. Bu çərçivədə istehsal, logistika, bazar və xidmət zəncirlərinin birləşdirilməsi vasitəsilə iş yerlərinin yaradılması, miqrasiyanın azaldılması və regionlararası balanslı inkişafın təmin edilməsi məsələləri gündəmə gətirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler