Bakıda keçiriləcək WUF13 növbəti onillik üçün qlobal şəhər inkişafı gündəliyini formalaşdıracaq - BMT rəsmisi
BAKI, Azərbaycan, 27 aprel. Qarşıdakı onillikdə qlobal şəhər inkişafı üçün əsas prioritetlərin Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası zamanı müəyyənləşdirilməsi gözlənilir, - Trend -in məlumatına görə, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) kommunikasiya

BAKI, Azərbaycan, 27 aprel. Qarşıdakı onillikdə qlobal şəhər inkişafı üçün əsas prioritetlərin Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası zamanı müəyyənləşdirilməsi gözlənilir, - Trend -in məlumatına görə, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) kommunikasiyalar üzrə direktoru Katerina Bezqaçina deyib WUF13-ə hazırlıq çərçivəsində ADA Universitetində keçirilən media məlumat sessiyasında çıxış edən Bezqaçina qeyd edib ki, WUF13 davamlı şəhər inkişafı və inklüziv şəhər mühitinin yaradılması ilə bağlı qərarların formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq. Dünya şəhərləri üçün aktual problemləri və perspektivləri müzakirə etmək üçün bir çox ölkələrdən nümayəndələrin Bakıda toplanması gözlənilir Bezqaçina vurğulayıb ki, forumun əsas mövzusu “Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər və icmalar”dır. Müzakirələrdə bu məsələlərə diqqət yetiriləcək "Bu mövzunun seçilməsi təsadüfi deyil. Bu gün dünya ciddi mənzil və məskunlaşma böhranı ilə üz-üzədir. Sürətli urbanizasiya, iqlim dəyişikliyi və artan sosial bərabərsizlik şəhərlərin inkişafı üçün yeni çağırışlar yaradır" Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


