WUF13 şəhər problemlərinin həlli üçün vacibdir - Əfqanıstan rəsmisi (Exclusive)
BAKI, Azərbaycan, 17 may. WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır, - Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Davamlı İnkişaf üzrə direktoru Cavidullah Həməd WUF13-ün kənarlarında Trend-ə bildirib Cavidullah Həməd bildirib ki, Ümumdünya Şəhər Forumunun (WUF13) 13-c

BAKI, Azərbaycan, 17 may. WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır, - Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin Davamlı İnkişaf üzrə direktoru Cavidullah Həməd WUF13-ün kənarlarında Trend-ə bildirib Cavidullah Həməd bildirib ki, Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ölkələr və liderlər üçün şəhərsalma, iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf sahələrində problemləri birgə müzakirə etmək üçün mühüm imkanlar yaradır Onun sözlərinə görə, forum təhlükəsiz yaşayış mühiti və təhlükəsiz mənzil təminatı ilə bağlı həllərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır Direktor qeyd edib ki, əhalinin xüsusilə həssas qruplarının və yerli icmaların müdafiəsi əsas prioritetlərdən biridir Cavidullah Həməd vurğulamışdır ki, forum çərçivəsində əldə olunan əməkdaşlıq və təşəbbüslər insanların əsas xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də yeni məşğulluq imkanlarının və “yaşıl iş yerlərinin” yaradılması baxımından əhəmiyyətlidir "Əfqanıstan şəhərsalma problemləri baxımından ən həssas ölkələrdən biridir və qeyri-rəsmi məskunlaşmalar, infrastruktur çatışmazlıqları və digər şəhərsalma problemləri ölkədə ciddi problemlər olaraq qalır. Belə beynəlxalq forumlar və maliyyə dəstəyi mexanizmləri Əfqanıstana şəhər problemlərini həll etməyə və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edə bilər", - o əlavə edib


