Tenqri
Ana Səhifə
Dünya

WUF13 müxtəlif regionlar və mənzil siyasətinə yanaşmalar arasında balans tapmaq üçün ideal platformadır - Çexiya Nazirinin müavini

Düşünürəm ki, WUF13 ilham mənbələri tapmaq üçün çox yaxşı yerdir. Eyni zamanda, forum problemlərin ölkədən ölkəyə necə fərqləndiyini görməyə imkan verir. Bəzi ştatlarda gecəqondular, qeyri-qanuni tikililər və qeyri-qanuni yaşayış sahələri ilə bağlı problemlər var” Bu barədə AZƏRTAC -a Ümumdünya Şə

0 baxışcaliber.az
WUF13 müxtəlif regionlar və mənzil siyasətinə yanaşmalar arasında balans tapmaq üçün ideal platformadır - Çexiya Nazirinin müavini
Paylaş:

Düşünürəm ki, WUF13 ilham mənbələri tapmaq üçün çox yaxşı yerdir. Eyni zamanda, forum problemlərin ölkədən ölkəyə necə fərqləndiyini görməyə imkan verir. Bəzi ştatlarda gecəqondular, qeyri-qanuni tikililər və qeyri-qanuni yaşayış sahələri ilə bağlı problemlər var” Bu barədə AZƏRTAC -a Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak edən Çexiyanın regional inkişaf nazirinin müavini Filip Endel deyib O qeyd edib ki, bir sıra ölkələrdə cəmiyyət getdikcə qocaldığından, yaşlı insanların sayı artdığından problemlər demoqrafik xarakter daşıyır. Onun sözlərinə görə, buna görə də forum müxtəlif regionlar və mənzil siyasətinə yanaşmalar arasında balans tapmaq üçün ideal platformadır “Azərbaycan hökumətinə və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramına (UN-Habitat) Bakıda WUF13-ün təşkilinə görə təşəkkür etmək istərdim. Bakı heyrətamiz və müasir şəhərdir. Şəhərin memarlığı və inkişafı ruhlandırıcıdır. Bu, bizim kimi əvvəllər sosialist rejimində olan, lakin sonradan urbanizasiya və mənzil siyasəti sahəsində effektiv həllər yaratmaqla uğur qazanan ölkələr üçün yaxşı nümunədir”, - deyə nazir müavini əlavə edib

Kaynak: caliber.az

Diğer Haberler