Tenqri
Ana Səhifə
Dünya

WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası VİDEO

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Quba, Lənkəran, Qəbələ və Şəkidən sonra festivalın

0 baxışazertag.az
WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası VİDEO
Paylaş:

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Quba, Lənkəran, Qəbələ və Şəkidən sonra festivalın növbəti ünvanı mayın 6-da Mingəçevir şəhəri olub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində günün birinci yarısında Mingəçevir Dövlət Universitetində (MDU) WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub Mingəçevir Şəhər İcra Hakimiyyətinin sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini, memarlıq-tikinti məsələləri sektorunun müdiri Etibar Abdullayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər Etibar Abdullayev Mingəçevir şəhərinin yaranma tarixindən, inkişaf dövründən və baş planı haqqında danışıb Ramiz İdrisoğlu Azərbaycanın inkişafından söz açaraq qeyd edib ki, şəhərlərin planlı inkişafının əsasında sistemli yanaşma dayanır. O vurğulayıb ki, bu yanaşmada insan amili, sosial rifah və ərazi balansı daim ön planda saxlanılır. Bildirilib ki, ölkəmizdə müasir şəhərsalma siyasətinin əsası mövcud qanunvericilik və hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhər və kəndlərin tarazlı inkişafının təmini məqsədilə hazırlanan şəhərsalma sənədləridir. Bu günə qədər ölkəmizin 79 şəhərindən 67-nin baş planı təsdiq olunub və digərlərinin üzərində işlər davam etdirilir Emin Hüseynzadə gəncləri WUF13 tədbirində iştirak etməyə səsləyib. O, çıxışı zamanı WUF13 Festivalı barədə ətraflı məlumat verib, həmçinin Forumun ölkəmiz üçün əhəmiyyətini və onun çərçivəsində gənclər üçün maraq doğuran əsas tədbirləri diqqətə çatdırıb WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək. Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler