6000 iştirakçını qəbul edə bilən WUF13 tədbir zalı
BAKI, Azərbaycan, 12 may. Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi əsas zal 6000 nəfərədək iştirakçı tutumuna malikdir Bu barədə mayın 12-də Prezident İlham Əliyevin mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhər Forumunun (W

BAKI, Azərbaycan, 12 may. Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi əsas zal 6000 nəfərədək iştirakçı tutumuna malikdir Bu barədə mayın 12-də Prezident İlham Əliyevin mayın 17-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasına hazırlığın gedişi ilə tanışlığından sonra məlumat verilib Bildirilib ki, hazırlığın hazırkı səviyyəsi yüksək iştirakçı trafikinin səmərəli idarə olunmasına, çoxsaylı paralel tədbirlərin keçirilməsinə, beynəlxalq nümayəndə heyətlərinin qəbuluna imkan verir İlkin müzakirələr və yan tədbirlər zonası 3,55 hektar ərazini, tematik sessiyalar, BMT tədbirləri və ikitərəfli danışıqlar üçün konfrans otaqlarını əhatə edir. İnfrastruktur müxtəlif rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsinə imkan verir. Forum çərçivəsində gündə 300-ə yaxın paralel sessiya, görüş və tədbir planlaşdırılır


